Azərbaycanın Bərdə rayonunda kütləvi dava düşüb, ölən və yaralananlar var

Azərbaycanın Bərdə rayonunda kütləvi dava düşüb, ölən və yaralananlar var
# 15 oktyabr 2012 08:09 (UTC +04:00)
Bu barədə APA-ya rayon Prokurorluğundan bildirilib.

Məlumata görə, rayonun Hüseynallar kəndində bir qrup şəxs arasında dava düşüb. Nəticədə 35 yaşlı Ramin Məhəmməd oğlu Sadıqov 17 yaşlı Yusif Yusiflini, 24 yaşlı Zamin Dadaşovu, 52 yaşlı Allahyar Dadaşovu bıçaqlayıb. Nəticədə Y. Yusifli aldığı xəsarətdən dünyasını dəyişib. Digər yaralılar isə xəstəxanaya yerləşdiriliblər.

Bundan sonra hadisə zamanı bıçaqlanan A. Dadaşovun oğlu Əhməd Dadaşov avtomobillə Nuri Əsədovu vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR