Bakıda baş verən yol qəzasında bir nəfər ölüb

Bakıda baş verən yol qəzasında bir nəfər ölüb
# 09 iyul 2012 10:57 (UTC +04:00)
Bakı. Kamran Mahmudov - APA. Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Ramana qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini Kamil Ələsgərov idarə etdiyi “QAZ-31029” markalı avtomobillə Şəhriyar Musayevi vurub. Nəticədə Şəhriyar Musayev ağır xəsarət alıb. Yaralı ətrafdakı insanların köməyi ilə Klinik Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, o, aldığı xəsarətdən həyatını itirib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR