Azərbaycanda əhalinin hər nəfərinə düşən gəlirləri 13% artıb

Azərbaycanda əhalinin hər nəfərinə düşən gəlirləri 13% artıb
# 24 iyul 2012 13:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əhalinin hər nəfərinə düşən gəlirləri 2011-ci ilin eyni dövrü ilə müqayisədə 12,7% artaraq 1 651,2 manat və ya orta hesabla ayda 275,2 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hər nəfərə düşən gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 10,5 faiz bəndi üstələyib.

«Bu dövr ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 15,1 mlrd. manatlıq gəlirin 63,2%-i son istehlaka, 9%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,1%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 25,7%-i isə yığıma yönəldilib», - deyə Komitədən bildirilib.

Ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin ilk yarısında əhalinin nominal gəlirləri 14,2% artıb.

Əhalinin sərəncamında qalan gəlir 13,7 mlrd. manat təşkil edib və əvvəlki ildəkinə nisbətən 14,5% artıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR