Alim Qasımov Tunisə gedir

Alim Qasımov Tunisə gedir
# 01 oktyabr 2012 13:20 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanın xalq artisti Alim Qasımov Tunisdə solo konsert verəcək. APA-nın məlumatına görə, konsert oktyabrın 5-i üçün planlaşdırılır. Alim Qasımovla Tunis səhnəsinə qızı Fərqanə Qasımova ilə birgə çıxacaq. Muğam ifaçısı öz musiqiçiləri ilə birgə oktyabrın 4-də Tunisə yola düşəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR