Qəbələdə iki avtomobil qəzası baş verib, 5 nəfər ağır xəsarət alıb

Qəbələdə iki avtomobil qəzası baş verib, 5 nəfər ağır xəsarət alıb
# 14 sentyabr 2012 14:55 (UTC +04:00)
Qəbələ. Elvin Yaqubov - APA. Qəbələ rayonunda iki yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisələrin hər ikisi Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda qeydə alınıb. Yolun 63.3-cü kilometrliyində Qəbələ sakini, 1990-cı il təvəllüdlü Cavadzadə Cavid Cahangir oğlunun idarə etdiyi 30-BB-545 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik maşını qarşı tərəfdən gələn Bakı sakini, 1976-cı il təvəllüdlü Güləliyev İlham İldırım oğluna məxsus 10-RG-210 dövlət nömrə nişanlı “Nissan Sunny” markalı minik maşını ilə toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü və “VAZ 2106”nın sərnişini - 1994-cü il təvəllüdlü Şirinova Leyla Qaflan qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qəbələ Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Digər hadisə isə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 84-cü kilometrliyində qeydə alınıb. 1983-cü il təvəllüdlü Həmidov Arif Rövşən oğlunun idarə etdiyi 36-BE-120 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını yoldan çıxaraq aşıb. Hadisə nəticəsində avtomobilin sürücüsü və sərnişin - 1999-cu il təvəllüdlü Abdurrəhmanova İmruz Rəhman qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hər iki faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR