Küveyt Xarici İşlər Nazirliyi: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mübarizəsini dəstəkləyirik”

Küveyt Xarici İşlər Nazirliyi: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mübarizəsini dəstəkləyirik”
# 19 iyul 2012 10:29 (UTC +04:00)
XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla bağlı Küveyt dövlətinin Xarici İşlər Nazirliyindən Azərbaycanın Küveytdəki səfirliyinə rəsmi surətdə bildirilib ki, “Küveyt dövləti Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyini dəfələrlə bəyan edib və birmənalı şəkildə Azərbaycanın haqlı mübarizəsini dəstəkləyib. Küveyt dövlətinin bu mövqeyi dəyişməz olaraq qalmaqdadır”.

Qeyd edək ki, bundan əvvəl Türkiyə Xarici İşlər Nazirliyi və NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay da işğal latında olan Azərbaycan ərazilərində separatçı rejim tərəfindən qondarma “prezident seçkiləri”nin keçirilməsini pisləyən bəyanatlarla çıxış ediblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR