Gələn həftə sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər üçün test imtahanı keçiriləcək

Gələn həftə sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər üçün test imtahanı keçiriləcək
# 16 iyul 2012 11:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu il iyulun 24-də Azərbaycan Maliyyə Nazirliyi tərəfindən sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər üçün növbəti test imtahanı keçiriləcək.

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən (DSNX) «APA-Economics»ə verilən məlumata görə, sənədləri DSNX-yə tam olaraq təqdim olunmuş şəxslər bu ilin iyulun 20-dək Xidmətə email vasitəsilə ([email protected]) əlaqə saxlayaraq adı, soyadı və atasının adı tam göstərilməklə imtahanda iştirak edəcəklərini təsdiq etməlidirlər.

Qeyd edək ki, imtahanlar «Sığorta fəaliyyəti haqqında» qanunun müvafiq maddəsinin tələbinə, həmçinin «Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi qaydaları»na uyğun olaraq keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR