Ağsu və Qəbələdə 11 hektar ərazi yanıb, meşələr alovdan mühafizə edilib

Ağsu və Qəbələdə 11 hektar ərazi yanıb, meşələr alovdan mühafizə edilib
# 16 avqust 2012 10:35 (UTC +04:00)
APA-nın məlumatına görə Ağsunun Nüydü kəndində 3 hektar sahədə quru ot, kol-kos və xırda ağaclar yanıb, alovun meşəlik əraziyə keçməsinin qarşısı alınıb.

Qəbələ rayonunun Bayramkoxa kəndində isə 8 hektar biçilmiş taxıl sahəsi yanıb. Yanğınsöndürənlər alovun fərdi yaşayış evlərinin həyətyanı sahələr və yaxınlıqdakı meşə zolağına keçməsinin qarşısını alıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR