Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilən son müsabiqədə iştirak üçün 6628 nəfər qeydiyyata alınıb

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilən son müsabiqədə iştirak üçün 6628 nəfər qeydiyyata alınıb
# 10 oktyabr 2012 07:52 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 7, 14, 17 avqust, 6 sentyabr və 5 oktyabr tarixlərində elan etdiyi müsabiqəyə 100 dövlət orqanından inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 1220 vakant dövlət qulluğu vəzifəsi çıxarılıb. APA-nın xəbərinə görə, vakant dövlət qulluğu vəzifələrinin 1001-i mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarda, 219-u isə məhkəmə hakimiyyəti orqanlarının aparatlarındadır. Müsabiqədə iştirak üçün 6628 nəfər qeydiyyata alınıb. Müsabiqəyə ən çox Əmlak Məsələləri Dövlət Komitəsi (181 yer), Dövlət Sosial Müdafiə Fondu (112 yer), Dövlət Statistika Komitəsi (100 yer) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (76 yer) vakant vəzifə təqdim edib. Ən böyük müsabiqə vəziyyəti Dövlət Qulluğu Məsələləri üzrə Komissiya üzrə olub. Belə ki, cəmi bir vakant vəzifə üzrə Komissiyada dövlət qulluğuna qəbul olunmaq istəyənlərin sayı 124 nəfər olub.

Müsabiqə üzrə ən çox namizəd qeydə alınan mərkəzi icra hakimiyyəti orqanları İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Dövlət Sosial Müdafiə Fondu olub. Məhkəmə hakimiyyəti orqanları arasında isə ən çox namizəd Bakı Ağır Cinayətlər Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi üzrə qeydə alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR