Bakı Metropoliteni: “28 May” stansiyasında quraşdırılan yeni eskalatorlar sentyabrın 15-dək istifadəyə veriləcək
28 avqust 2012 12:43 (UTC +04:00)
Metropolitendən APA-ya bildirilib ki, bir sıra kütləvi və elektron informasiya vasitələrində «28 May» stansiyasının Cəfər Cabbarlı meydanında yerləşən əsas giriş-çıxışında yeni eskalatorların quraşdırılmasına dair yanlış məlumatlar yayılıb. Metropoliten rəhbərliyi kütləvi informasiya vasitələrinin və sərnişinlərin nəzərinə çatdırır ki, hazırda eskalatorların quraşdırılması tam sürətlə və təyin olunmuş cədvələ uyğun aparılır: “4 ədəd eskalatorun 4-ü də yerinə qoyulub. İki eskalator sınaq qaçışına tam hazır vəziyyətdədir. Həftə sonuna qədər digər iki eskalator da sınaq qaçışına hazır olacaq. Gələn həftə ərzində eskalatorların sınağı və təkrar yoxlanması aparılacaq. Eyni zamanda kassa və turniket zalları, maşın zalı və bütün müvafiq sahələrdə təmir-bərpa işi sürətləndiriləcək”.
Bakı Metropoliteninin rəhbərliyi bildirir ki, yeni eskalatorlar tədris ilinin başlanğıcına, yəni 2012-ci il sentyabrın 15-nə qədər tam hazır vəziyyətdə sərnişinlərin istifadəsinə veriləcək.
Bakı Metropoliteninin rəhbərliyi bildirir ki, yeni eskalatorlar tədris ilinin başlanğıcına, yəni 2012-ci il sentyabrın 15-nə qədər tam hazır vəziyyətdə sərnişinlərin istifadəsinə veriləcək.
İnfrastruktur
ADY rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib - FOTO
17:03
10 may 2024
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edəcək
16:48
10 may 2024
AZAL-ın kollektivi Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edib - FOTO
14:49
10 may 2024
Səfir: Türkiyə şirkətləri bundan sonra da Qarabağda quruculuq işlərində fəal iştirak edəcək
12:34
10 may 2024