Əzizə Mustafazadə Avropa turnesinə çıxır

Əzizə Mustafazadə Avropa turnesinə çıxır
# 27 iyul 2012 14:40 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Dünya şöhrətli caz ifaçısı Əzizə Mustafazadə Avropanın bir neçə ölkəsində konsert proqramı ilə çıxış edəcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, musiqiçi "Opera Jazz Tour" adlı yeni konsert proqramının repertuarına Verdi, Puççini, Boyto, Gendel, Rimski-Korsakov, Ravel, Motsart və başqalarının əsərlərinin əsasında caz improvizələri daxil edib.

İyulun 6-da Şimali Kiprdəki Salamis Teatrında konsert proqramı ilə çıxış edən Əzizə Mustafazadə sentyabrın 16-da Rumıniyada keçiriləcək "Plai Festival"da, sentyabrın 28-də və noyabrın 23-də Almaniyanın Kunsthalle Şveynfurt və Feklingen Konqress mərkəzlərində çıxış edəcək.

Xatırladaq ki, məşhur azərbaycanlı cazmen Vaqif Mustafazadənin qızı, 1990-cı ildən Almaniyada yaşayan Əzizə Mustafazadəni Alman musiqi tənqidçiləri “Royal arxasında Şəhrizad” adlandırırlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR