NATO baş katibinin xüsusi nümayəndəsi Ceyms Appaturayın Azərbaycana səfərinin proqramı açıqlanıb

NATO baş katibinin xüsusi nümayəndəsi Ceyms Appaturayın Azərbaycana səfərinin proqramı açıqlanıb
# 29 iyun 2012 09:33 (UTC +04:00)
APA-nın məlumatına görə, 5-6 iyul tarixlərində Azərbaycanda səfərdə olacaq Ceyms Appaturay Azərbaycanın rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə Azərbaycan-NATO tərəfdaşlığının inkişafına dair məsələlər müzakirə olunacaq.

NATO rəsmisi Azərbaycanda NATO Günləri çərçivəsində tədbirlərə qatılacaq, ANAMA-nın Çeyrançöldə gerçəkləşdirdiyi yeni layihəsinin açılış mərasiminə qatılacaq, NİSA Yay Məktəbinin 1-7 iyul tarixlində keçirəcəyi “Böhrana cavab: Beynəlxalq ictimaiyyətin yanaşmaları, imkanları və resursları” mövzusunda tədbirinin iştirakçıları ilə görüş keçirəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR