2012-2013-cü tədris ili üçün rezidenturanın boş qalan plan yerlərinin seçimi başa çatıb

2012-2013-cü tədris ili üçün rezidenturanın boş qalan plan yerlərinin seçimi başa çatıb
# 18 sentyabr 2012 14:05 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda 2012-2013-cü tədris ili üçün rezidenturanın boş qalan plan yerlərinin seçimi başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, boş qalan 22 yerin seçimi sentyabrın 17-də saat 10.00-da başlayıb və sentyabrın 18-də saat 17.00-da başa çatıb.

Müsabiqədə IV istiqamət (Tibbi-profilaktika) üzrə imtahan verib 70 və daha yuxarı bal toplayan namizədlər iştirak edə bilərlər. Digər istiqamətlər üzrə plan yerləri tam dolub.

Qeyd edək ki, bu il rezidenturanın 514 plan yerinə 492 nəfər qəbul edilib. Onlardan 432 nəfər Azərbaycan, 60 nəfər rus bölməsi üzrə qəbul olub. Qəbul planı 95,72 faiz yerinə yetirilib. Müsabiqənin nəticələrinə əsasən, IV istiqamət (Tibbi-profilaktika) üzrə aşağıdakı plan yerləri boş qalıb:

I. Azərbaycan Tibb Universiteti

11422 Gigiyena – 5 yer
11439 Epidemiologiya – 2 yer

II. Respublika Gigiyena-Epidemiologiya Mərkəzi

33114 Gigiyena – 8 yer
33122 Epidemiologiya – 7 yer
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR