Azərbaycanın birinci xanımı Bolqarıstanın sabiq prezidenti ilə görüşüb

Azərbaycanın birinci xanımı Bolqarıstanın sabiq prezidenti ilə görüşüb
# 04 oktyabr 2012 19:22 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bolqarıstanın sabiq Prezidenti Peter Stoyanov ilə görüşüb.

İkinci Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün paytaxtımıza gələn qonağı Azərbaycanda salamlayan Heydər Əliyev Fondunun prezidenti tədbirin əhəmiyyətini qeyd edib, onun işinin səmərəli olacağına əminliyini bildirib.

Görüşdə Heydər Əliyev Fondunun Bolqarıstan ilə əməkdaşlığının perspektivləri, gənclər təşkilatları ilə birgə layihələrin həyata keçirilməsi, mədəniyyət sahəsində tədbirlərin təşkili müzakirə edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR