Bakıda “6-cı mikrorayon rəssamları” adlı sərgi təşkil olunacaq

Bakıda “6-cı mikrorayon rəssamları” adlı sərgi təşkil olunacaq
# 08 fevral 2012 12:34 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bakı Muzey Mərkəzində “6-cı mikrorayon rəssamları” adlı sərgi təşkil olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərginin açılış mərasimi fevralın 10-da olacaq.

Sərgidə Azərbaycan Rəssamlar İttifaqının 6-cı mikrorayonda yerləşən yaradıcılıq emalatxanalarında fəaliyyət göstərən rəssamların əsərləri nümayiş etdiriləcək. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin xüsusi tapşırığına əsasən nazir müavini Ədalət Vəliyev nazirliyin əməkdaşları ilə birlikdə 6-cı mikrorayondakı emalatxanalara gedərək burada işləyən rəssamların problemlərini yerində öyrənib, onları düşündürən yaradıcılıq məsələləri, bədii axtarışlar və son dövrlərdə yaradılmış yeni sənət əsərləri ilə yaxından tanış olublar. Rəssamların müraciətləri nəzərə alınaraq “6-cı mikrorayon rəssamları” adlı sərginin təşkili qərara alınıb.

Sərgi ayın 16-na qədər davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR