Azərbaycan Beynəlxalq Bankı «Qızıl depozit» proqramı üzrə əmanətlərin həcmini 2,2 dəfə artırıb

Azərbaycan Beynəlxalq Bankı «Qızıl depozit» proqramı üzrə əmanətlərin həcmini 2,2 dəfə artırıb
# 09 mart 2012 12:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının «Qızıl depozit» proqramı çərçivəsində cəlb edilən əmanətlərin həcmi 2,2 dəfə artaraq 1,2 mln. manata, əmanətlərin sayı 33,3% artaraq 44-ə çatıb.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, ABB «Qızıl depozit» xidmətini 2011-ci ilin noyabr ayından təklif etməyə başlayıb və hazırda ölkədə qızılın fiziki alışı olmadan qızılda nominal olunan depozit xidmətləri təklif edən yeganə bank təşkilatıdır.

Bu əmanətin minimal həcmi 1 unsiya (31,1 qram) dəyərində olmalıdır. Əmanətin müddəti 3 aydan 12 aya qədər ola bilər, faizlərin ödənişi isə müddətin sonunda aparılır. Eyni zamanda, müəyyən şərtlərlə əmanət tələb olunanadək də açıla bilər.

Əmanət barədə daha ətraflı məlumat almaq üçün www.ibar.az internet saytına, (+994 12) 437 79 00 və ya *2265 telefon nömrələrinə zəng etməklə Məlumat Mərkəzinə müraciət etmək olar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR