Avropa Şurası Venesiya Komissiyasının 91-ci sessiyası başa çatıb

Avropa Şurası Venesiya Komissiyasının 91-ci sessiyası başa çatıb
# 16 iyun 2012 13:06 (UTC +04:00)
Azərbaycan Milli Məclis Aparatının şöbə müdiri Lətif Hüseynovun APA-ya verdiyi məlumata görə, sessiyada Belçika Konstitusiyasına dəyişikliklər edilməsi barədə, Rusiya Federasiyasının “Federal Təhlükəsizlik Xidməti haqqında” və “Ekstremist fəaliyyətə qarşı mübarizə haqqında“ qanunları, Macarıstanın “Prokurorluq xidməti haqqında”, “Millətlərin hüquqları haqqında”, “Macarıstan parlamentinə seçkilər haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” qanunları, Monteneqronun “İnformasiyaya sərbəst çıxış haqqında” qanunu barədə rəylər və bir sıra digər rəylər qəbul olunub. Toplantıda Bolqarıstanın, Qazaxıstanın, Mərakeşin və Tunisin Konstitusiya qanunvericiliyində və təcrübəsində baş verən son dəyişikliklər haqqında məlumatlar dinlənilib.

L. Hüseynov Macarıstanın “Millətlərin hüquqları haqqında” qanununa dair qəbul edilmiş rəyin müəlliflərindən biri kimi sessiyada çıxış edib. Bundan başqa, L. Hüseynov qeyri-hökumət təşkilatları haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə dair Venesiya Komissiyasının 2011-ci İlin oktyabrında verdiyi tövsiyələrin həyata keçirilməsi istiqamətində Ədliyyə Nazirliyi tərəfindən görülən tədbirlər haqqında komissiya üzvlərini məlumatlandırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR