İsrail XİN başçısı: “İran təhlükəsi bütün postsovet məkanında, xüsusən də Mərkəzi Asiya və Cənubi Qafqazda hiss olunur”

İsrail XİN başçısı: “İran təhlükəsi bütün postsovet məkanında, xüsusən də Mərkəzi Asiya və Cənubi Qafqazda hiss olunur”
# 23 iyun 2012 09:59 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu İsrailin xarici işlər naziri Aviqdor Liberman «İzrus»a müsahibəsində bildirib.

Nazir qeyd edib ki, «altılıq» ölkələrinin İranla aparılan danışıqların son raundu beynəlxalq ictimaiyyətin hər hansı problemi, o cümlədən İranın nüvə proqramı ilə bağlı məsələni tamamilə həll etmək iqtidarında olmadığını göstərib.
«İran bunu anlayır və bu səbəbdən özünü belə sərt aparır, nüvə arsenalını artırmaqla bilərəkdən vaxtı və danışıqları uzadır. Beynəlxalq ictimaiyyət isə məğlub mövqeyindən çıxış edir. Buna görə gələcəkdə cavab vermək lazım gələcək», - deyə XİN başçısı vurğulayıb.

A. Liberman qeyd edib ki, İranın İsrailə qarşı təhdidləri yalnız nəzəri xarakter daşımır: «Biz onların bizim vətəndaşlara, xüsusən Hindistan, Tailand, Azərbaycan və Gürcüstandakı diplomatlarımıza qəsd etmək cəhdlərinin şahidi olmuşuq. Yəni, bütün dünyada İsrail və onun vətəndaşlarına qarşı geniş hücum aparılır».

Bununla yanaşı A. Liberman bu yaxınlarda postsovet məkanında, xüsusən də Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda yəhudilərə, o cümlədən Azərbaycanda İsrail vətəndaşlarına qarşı sui-qəsdləri, həmçinin «Eurovision-2012» beynəlxalq müsabiqəsi ərəfəsində və müsabiqənin keçirildiyi günlərdə iranlıların Azərbaycana qarşı açıq hədələrini xatırladıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR