Azərbaycanın Sumqayıt şəhərində kağız emalı sexində kütləvi zəhərlənmə olub, ölən var

Azərbaycanın Sumqayıt şəhərində kağız emalı sexində kütləvi zəhərlənmə olub, ölən var
# 26 aprel 2012 09:54 (UTC +04:00)
Türkiyə vətəndaşı Çengiz Tisin icarə əsasında işlətdiyi kağız emalı sexində, özü və orada fəhlə işləyən Xaçmaz rayon sakini Kamran Məlikməmmədov, Sumqayıt şəhər sakinləri Yalçın Hüseynov, Mais Həmzəyev, Rəvan Səlimov, onun qardaşı, Rahid, Bəylər Qocamanov, Bəxtiyar Əsgərov, Vüqar Salmanov və Mirmehdi Fəttayev kimyəvi maddədən zəhərləniblər.

K.Məlikməmmədov xəstəxanaya aparılarkən yolda ölüb.

Ç. Tisin, Y. Hüseynovun və M. Həmzəyevin vəziyyətləri ağır, M.Fəttayevin vəziyyəti orta-ağır qiymətləndirilir, digərləri isə tibbi yardım göstərildikdən sonra buraxılıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR