Kürdəmirdə qonşusunun qoyunlarını oğurlayan şəxs tutulub

Kürdəmirdə qonşusunun qoyunlarını oğurlayan şəxs tutulub
# 10 mart 2012 21:22 (UTC +04:00)
Kürdəmir. Elvin Yaqubov-APA. Kürdəmir sakininə məxsus qoyunları oğurlayan şəxs tutulub. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə Yenikənd sakini Arzu Məmmədov polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus iki baş qoyunun martın 10-da küçədən oğurlandığını bildirib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı qoyunların qonşu Rövşən Kərəmov tərəfindən oğurlanaraq həyətində kəsildiyini aşkar ediblər. Qoyunlar ölü halda sahibinə qaytarılsa da, Rövşən Kərəmov tutularaq istintaqa təhvil verilib. Faktla bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR