Azərbaycanda Post Patrul Xidmətinin əməkdaşları xidməti avtomobillə yol qəzasına düşüblər, 3 nəfər yaralanıb

Azərbaycanda Post Patrul Xidmətinin əməkdaşları xidməti avtomobillə yol qəzasına düşüblər, 3 nəfər yaralanıb
# 03 mart 2012 09:02 (UTC +04:00)
Nizami Rayon Prokurorluğundan APA-ya verilən xəbərə görə, martın 3-də saat 03:30 radələrində Qara Qarayev prospektində PPX-nə məxsus “Fiat Doblo” markalı avtomobil idarəetmədən çıxıb. Nəticə avtomobil maneəyə çırpılıb.

Qəza zamanı PPX-nin komandiri, kapitan Firdovsi Məmmədov, serjantlar Nəsib Mehdiyev və Qoşqar Xəlilov yüngül bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR