Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti: “Azadlıq” qəzeti 3 gün ərzində təkzib verməklə üzr istəməzsə, məhkəməyə müraciət ediləcək
24 aprel 2012 12:46 (UTC +04:00)
Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumatda deyilir: “Uzun müddətdir, “Azadlıq” qəzeti ardıcıl şəkildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev haqqında həqiqəti əks etdirməyən, çox hallarda təhqiramiz və təxribat xarakterli məlumatlar yayır. Həmin qərəzli fəaliyyətin davamı olaraq qəzetin 2012-ci il 24 aprel nömrəsində cənab İlham Əliyevin guya qiyməti 800 min dollar olan qol saatından istifadə etməsi barədə heç bir əsası olmayan, yalan məlumat dərc edilib.
Məsələ ilə əlaqədar bildiririk ki, prezident İlham Əliyev qəzetin təsvirinə qətiyyən uyğun gəlməyən, adi metaldan hazırlanmış, sadə və bahalı olmayan saat bağlayır. Cənab prezident təbiətcə təvazökar olduğuna görə, həyatda və davranışında hər zaman sadəliyə üstünlük verir.
“Azadlıq” qəzeti yalan məlumatın dərc olunduğu zamandan etibarən 3 gün ərzində təkzib verməklə üzr istəməzsə, məsələnin hüquqi müstəvidə həlli ilə bağlı məhkəməyə müraciət ediləcək”.

Daxili siyasət
Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupuna yeni rəhbər təyin edilir
17:00
23 may 2024
Əfv Komissiyasının iclasları başa çatıb, 700-dən çox müraciətə baxılıb
17:55
22 may 2024
Parlamentin növbəti iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
15:14
21 may 2024
Siyavuş Novruzov: Fəvvarələr meydanında camaatın gəzdiyi yerdə foto çəkdirirlər, mitinq kimi təqdim edirlər
12:19
21 may 2024