«Texnikabank» son bir ildə aktivlərini 24% artırıb

«Texnikabank» son bir ildə aktivlərini 24% artırıb
# 15 mart 2012 13:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Texnikabank» ASC-nin aktivlərinin həcmi 2012-ci il martın 1-nə 641,7 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 23,6% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 20,8% artaraq 456,9 mln. manata, depozit portfeli 32,2% artaraq 327,4 mln. manata çatıb.

Bu müddət ərzində bankın məcmu kapitalı 50,42% artaraq 99,8 mln. manat, o cümlədən nizamnamə kapitalı 20,6% artaraq 64,8 mln. manat təşkil edib.

Ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə bank tərəfindən emissiya edilmiş plastik kartlarının sayı 34,5% artaraq 66 673 ədəd, bankomatlarının sayı 71% artaraq 106 ədəd, POS-terminalların sayı isə 32 dəfə artaraq 3 364-ə çatıb.

Xatırladaq ki, «Texnikabank» ASC 1993-cü ildə təsis olunub. Bankın 35 filialı və 770 işçisi var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR