Martda Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı Məclisinin ilk sessiyası keçiriləcək

Martda Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı Məclisinin ilk sessiyası keçiriləcək
# 13 fevral 2012 12:42 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının İdarə Heyətinin növbəti yığıncağı keçirilib. Hərəkatın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ölkədə qışa hazırlığın vəziyyətini müzakirə edən qurum bununla bağlı bəyanat qəbul edib. Bəyanatda icra orqanlarının qışa hazırlığı tənqid olunub və problemlərin qısa zamanda aradan qaldırılmasını tələb edilib.

Yığıncaqda İdarə Heyəti üzvləri arasında iş bölgüsü də aparılıb. Hərəkatın Məclisinin ilk sessiyasının martda keçirilməsi də qərara alınıb və qurumun fəaliyyət proqramı müzakirə edilib.

Qarabağ Forumunun keçirilməsi və buna hazırlıqla əlaqədar növbəti toplantının vaxtı da müəyyənləşib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR