Obama: «İrana qarşı müharibə barədə şayiələr neftin qiymətini artıracaq»

Obama: «İrana qarşı müharibə barədə şayiələr neftin qiymətini artıracaq»
# 13 mart 2012 03:50 (UTC +04:00)
Bakı-APA. İrana qarşı müharibə başlayacağı barədə şayiələr neftin qiymətinin artmasına səbəb ola bilər. ABŞ prezidenti Barak Obama belə bir bəyanatla çıxış edib.

«Benzinin qiymətinin artmasının əsas səbəbi Yaxın Şərqdə müharibə olacağı barədə bütün bu söhbətlərdir. Məhz ona görə biz müharibə barədə bu şayiələrin miqdarını azaltmağa çalışırıq», deyə Obama bildirib.

Qərb dövlətləri İranı «dinc atom proqramı» adı altında nüvə silahı hazırlamaqda ittiham edirlər. İran isə nüvə proqramının ölkənin elektrik enerjisinə olan tələbatını ödəməyə yönəldiyini iddia edir. Hazırda İrana qarşı sanksiyalar tətbiq olunub. Son dövrlər isə ABŞ və İsrailin İranı vuracağı barədə məlumatlar yayılmaqdadır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR