Azərbaycan prezidenti İlham Əliyevin Çexiyaya dövlət səfəri başa çatıb

Azərbaycan prezidenti İlham Əliyevin Çexiyaya dövlət səfəri başa çatıb
# 06 aprel 2012 16:07 (UTC +04:00)
APA-nın xəbərinə görə, Azərbaycanın və Çexiyanın dövlət bayraqlarının dalğalandığı Praqanın “Stara Ruzine” Hökumət Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan prezidentini Çexiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.

Dövlət başçısı İlham Əliyev Bakıya qayıdıb. Azərbaycan prezidentini Heydər Əliyev Beynəlxalq Aeroportunda baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR