Meksikada yol qəzasında ölənlərin sayı 43-ə çatıb

Meksikada yol qəzasında ölənlərin sayı 43-ə çatıb
# 20 aprel 2012 21:17 (UTC +04:00)
Bakı-APA. Meksikada yük maşınının avtobus ilə toqquşması nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb. Bu barədə yerli rəsmilər məlumat yayıblar. Daha öncə 30 nəfərin öldüyü, 20 nəfərin isə yaralandığı bildirilirdi.

APA-nın məlumatına görə, hadisə Meksikanın şərqində Verakrus ştatındakı Alamo Potrero şosesində baş verib. Yük maşını qarşı zolağa çıxaraq avtobus ilə toqquşub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR