Azərbaycan Beynəlxalq Bankı POS-terminalların sayını 28% artırıb

Azərbaycan Beynəlxalq Bankı POS-terminalların sayını 28% artırıb
# 26 aprel 2012 09:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının POS-terminallarının ümumi sayını son bir ildə 27,6%, ilin əvvəlindən isə 10% artıraraq 2012-ci il aprelin 1-nə 4 167-ə çatdırıb.

Bankın mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, aktiv plastik kartların sayı son bir ildə 4,6%, bankomatların sayı 4,4% artaraq aprelin 1-nə müvafiq olaraq 1 870 218 və 637 təşkil edib.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə təsis edilib. Bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i isə özəl hüquqi və şəxslərə məxsusdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR