Doktorantlar və gənc tədqiqatçıların XVII Respublika elmi konfransı keçiriləcək

Doktorantlar və gənc tədqiqatçıların XVII Respublika elmi konfransı keçiriləcək
# 02 may 2012 10:18 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Bu ilin dekabrında doktorantlar və gənc tədqiqatçıların XVII Respublika elmi konfransı keçiriləcək. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, təhsil naziri Misir Mərdanovun bununla bağlı imzaladığı əmrə əsasən, konfrans Azərbaycan Memarlıq və İnşaat Universitetində keçiriləcək. Tədbirin keçirilməsi elmin müxtəlif sahələrində əldə olunmuş nəticələri müzakirə etmək, habelə doktorantların və gənc tədqiqatçıların elmi yaradıcılığını stimullaşdırmaq məqsədi daşıyır.

Əmrə əsasən, doktorantların və gənc tədqiqatçıların məruzə tezisləri oktyabrın 15-dək nazirliyin elm şöbəsinə təqdim edilməlidir. Konfransın proqramı isə noyabrın 10-dək hazırlanacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR