Daxili İşlər Nazirliyində faşizm üzərində qələbənin ildönümünə həsr olunmuş tədbir keçirilib

Daxili İşlər Nazirliyində faşizm üzərində qələbənin ildönümünə həsr olunmuş tədbir keçirilib
# 09 may 2012 16:25 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyində faşizm üzərində qələbənin 67-ci ildönümünə həsr olunmuş mərasim keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərasimdə daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərov çıxış edərək nazir, general-polkovnik Ramil Usubovun salamını və təbriklərini müharibə veteranlarına çatdırıb, bu tarixi qələbənin qazanılmasında onların böyük fədakarlıq və qəhrəmanlıqlarından danışıb. Təxminən 700 mindən çox soydaşımızın müharibədə iştirak etdiyini, onlardan 130 nəfərin Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü, 170 mininin isə SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunduğunu xatırladan nazir müavini, həmin illərdə Bakıda 130 adda döyüş sursatı hazırlandığını, qəhrəman neftçilərimizin, eləcə də bütün xalqımızın ağır əməyini, misilsiz şücaətini xatırladıb.

Əsgər Ələkbərov mərasimdə iştirak edən, uzun illər daxili işlər orqanlarında qüsursuz xidmət göstərən, veteranlar şuralarının tərkibində ictimai fəaliyyətlə bilavasitə məşğul olan veteranların mükafatlandırılması ilə bağlı daxili işlər nazirinin əmrini iştirakçıların diqqətinə çatdırıb.

İstefada olan milis polkovniki Müseyib İlyasov Böyük Vətən müharibəsində iştirak etmiş daxili işlər orqanlarının veteranları adından çıxış edərək bu görüşə, eləcə də ümumilikdə veteranlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR