Ombudsman Aparatının əməkdaşları Quba rayon Polis Şöbəsinin təcridxanasına baxış keçiriblər

Ombudsman Aparatının əməkdaşları Quba rayon Polis Şöbəsinin təcridxanasına baxış keçiriblər
# 11 may 2012 14:27 (UTC +04:00)
Bakı-APA. İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın İşgəncələr əleyhinə Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri olan Quba Regional Mərkəzinin əməkdaşları Müvəkkilin tapşırığına əsasən, Quba Rayon Polis Şöbəsinin (RPŞ) müvəqqəti saxlama təcridxanasına başçəkmə həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qrupun üzvləri başçəkmə zamanı bu müəssisədəki saxlanma şəraitini araşdırıb, həmçinin saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olmuş, hər hansı bir pozuntu aşkar edilməyib. Müvəqqəti saxlanma təcridxanasında saxlanılan şəxslərlə söhbət aparılıb, onlara hüquqları izah olunub. Həmin şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməyiblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR