Azərbaycanda uzun müddət qəsdən adam öldürməyə görə axtarışda olan şəxs tutulub

Azərbaycanda uzun müddət qəsdən adam öldürməyə görə axtarışda olan şəxs tutulub
# 16 may 2012 11:41 (UTC +04:00)
Bakı-APA. Azərbaycanda uzun müddət axtarışda olan şəxs tutulub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 95-ci maddəsi (qəsdən adam öldürmə) ilə Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən axtarışda olan Azad Rüstəmov Zabrat qəsəbəsindəki evində Sabunçu rayon Polis İdarəsi 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən tutulub. Üzərinə baxış zamanı onun fotoşəkili yapışdırılan, lakin Bakı şəhər sakini İldırım Sərdarova məxsus şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR