Əmmanda Elvira Araslının əl işlərinin sərgisi keçirilib

Əmmanda Elvira Araslının əl işlərinin sərgisi keçirilib
# 16 may 2012 18:56 (UTC +04:00)
Bakı-APA. Əmmanın sərgi salonlarından birində Şahzadə Hind bint Nasirin himayədarlığı altında Azərbaycan və Rusiya Yazıçılar İttifaqlarının, habelə Beynəlxalq Rəssamlar Federasiyasının üzvü Elvira Araslının əl işlərinin sərgisi keçirilib. Bu barədə APA Azərbaycanın İordaniyadakı səfirliyinə istinadən məlumat verir. Sərgidə müəllifin rəsm əsərləri, kollajları, təkəlduz üslubundakı əsərləri, o cümlədən, İordaniya haqqında yazdığı «İordaniya – mənim məhəbbətim» adlı kitabın ərəb dilinə tərcümə olunmuş nüsxəsi nümayiş etdirilib.
Sərgidə İordaniya Rəssamlar və Yazıçılar İttifaqlarının nümayəndələri, İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin Baş katibi və İdarə heyətinin üzvləri, Çeçen və Çərkəz icmalarının rəhbərləri, yerli ictimaiyyətin və ölkədə yaşayan həmyerlilərimizin nümayəndələri, eləcə də İordaniyada akkreditə olunmuş bir sıra diplomatik nümayəndəliklərin rəhbərləri iştirak ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR