“Rabitə dünyası” qəzeti “Eurovision 2012” müsabiqəsinə həsr olunmuş ingilis dilində xüsusi buraxılış nəşr edib - FOTO

“Rabitə dünyası” qəzeti “Eurovision 2012” müsabiqəsinə həsr olunmuş ingilis dilində xüsusi buraxılış nəşr edib - <font color=red>FOTO</font>
# 26 may 2012 10:33 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) rəsmi orqanı olan “Rabitə dünyası” qəzetinin Bakı şəhərində keçirilən “Eurovision” Beynəlxalq Mahnı Müsabiqəsinə həsr olunmuş ingilis dilində xüsusi buraxılışı nəşr olunub.
RİTN mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun “APA-Economics”ə verdiyi məlumata görə, yüksək tərtibatla və zövqlə nəşr olunan qəzetdə “Eurovision” Beynəlxalq Mahnı Müsabiqəsinin tarixi, Azərbaycanın birinci xanımı, “Eurovision-2012” Mahnı Müsabiqəsi Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın müsabiqə haqqında fikirləri, Azərbaycan və Bakı haqqında, ölkəmizin “Eurovision” müsabiqəsində iştirak etdiyi 5 il ərzində əldə etdiyi uğurlu nəticələr, Bakının ev sahibliyi etdiyi “Eurovision-2012”-nin təşkili barədə məlumatlar, eləcə də müsabiqənin texniki təchizatı üçün RİTN tərəfindən həyata keçirilən işlər barədə geniş məlumat verilib.

Xüsusi buraxılışda “Eurovision-2012” Mahnı Müsabiqəsində bu il ölkəmizi təmsil edən Səbinə Babayeva ilə yanaşı, digər ölkə təmsilçiləri, həmçinin müsabiqənin hər iki yarımfinalının nəticələri barədə məlumatlar yer alıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR