Türkmənistan prezidenti: “Biz Azərbaycanın şəxsində səmimi dostu və etibarlı tərəfdaşı görürük”

Türkmənistan prezidenti: “Biz Azərbaycanın şəxsində səmimi dostu və etibarlı tərəfdaşı görürük”
# 30 may 2012 08:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov MDB ölkələrinin hökumət başçıları Şurasının iclasında iştirak üçün Aşqabadda səfərdə olan Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubovu qəbul edib. APA-nın Türkmənistanın rəsmi xəbər agentliyinə istinadən verdiyi məlumata görə, görüşdə Türkmənistan və Azərbaycan arasında əməkdaşlığının prioritet aspektləri müzakirə edilib. Ekoloji sferada dövlətlərarası əməkdaşlıq məsələlərinə toxunulub.

Q. Berdimuhəmmədov vurğulayıb ki, Türkmənistan həmişə bütün sahələrdə məhsuldar əməkdaşlıq üçün açıqdır: «Biz Azərbaycanın şəxsində səmimi dostu və etibarlı tərəfdaşı görürük».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR