BMT: Dünyada 43 milyon qaçqın və məcburi köçkün var

BMT: Dünyada 43 milyon qaçqın və məcburi köçkün var
# 01 iyun 2012 08:31 (UTC +04:00)
Onlardan 26 milyonu məcburi köçkündür. APA-nın məlumatına görə, bu barədə BMT Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterreşin dünyada qaçqınların vəziyyətinə dair hesabatında bildirilir. Qaçqınların 80%-i inkişaf edən ölkələrdə sığınacaq tapıb.

Hesabatda qeyd olunur ki, qaxın 10 ildə münaqişələr və təbii fəlakətlər səbəbindən qaçqınların sayı kəskin artacaq.

Ali Komissar bildirib ki, qaçqın və məcburi köçkünlərin sayının artması tempi bu problemin beynəlxalq ictimaiyyət tərəfindən həlli üçün görülən işlərin tempindən daha sürətlidir.

Hesabatda qaçqınların müdafiəsi ilə bağlı qarşıya çıxan yeni problemlər, o cümlədən şəhər qaçqınlarının, iqlim dəyişiklikləri və təbii fəlakətlər nəticəsində yaranan məcburi köçkünlərin sayının artması məsələlərinə də toxunulub.

Sənəddə o da vurğulanır ki, son illər təbii fəlakətlər nəticəsində yaşayış yerini tərk etmək məcburiyyətində qalanların münaqişələr nəticəsində eyni aqibətlə üzləşənlərdən daha çox olduğu qeydə alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR