Azərbaycan Çində keçirilən “İTE and MİCE” beynəlxalq turizm sərgisində iştirak edir

Azərbaycan Çində keçirilən “İTE and MİCE” beynəlxalq turizm sərgisində iştirak edir
# 13 iyun 2012 14:24 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. İyun 14-17-də Çinin Honq-Konq şəhərində keçirilən “İTE and MİCE” beynəlxalq turizm sərgisində Azərbaycan da təmsil olunur.

Nazirliyin turizm şöbəsindən APA-ya verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, “ATA Travel”, “İmprotex” turizm şirkətləri və “Gallery hotel”, “Excelsior” mehmanxanaları təmsil olunur. Sərgidə ölkəmizin turizm potensialının təbliğ olunması məqsədilə 27 kv.m sahə icarəyə götürülmüş və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis və çin dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub.

Qeyd edək ki, Azərbaycan ikinci dəfədir “İTE and MİCE” beynəlxalq turizm sərgisində iştirak edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR