İraq nümayəndə heyəti Tovuza səfər edib - FOTOSESSİYA

İraq nümayəndə heyəti Tovuza səfər edib - <font color=red>FOTOSESSİYA</font>
# 16 iyun 2012 12:50 (UTC +04:00)
Bakı – APA. “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan-İraq mədəni əlaqələri: dünəni, bu günü və gələcəyi” adlı bir həftəlik tədbirlər silsiləsi çərçivəsində Azərbaycana gəlmiş İraq türkmən nümayəndə heyəti Tovuz rayonuna səfər edib. APA-nın xəbərinə görə, rayonun mərkəzi parkında 15 iyun - Qurtuluş Günü ilə əlaqədar bayram şənliyi keçirilib.

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov İraqdan gələn qonaqlara, millət vəkili Qənirə Paşayevaya və tədbir iştirakçılarına öz salam və ehtiramını bildirdikdən sonra 15 iyun - Qurtuluş Gününün tarixi xronologiyasından danışıb. Sonra millət vəkili, Azərbaycan-İraq parlamentlərarası dostluq qrupunun üzvü, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Qənirə Paşayeva çıxış edib.

Təbirdə Mustafa Ziya, Azərbaycan-İraq dayanışma platformunun həmsədri Şəmsəddin Kuzəçi, Türməneli İşbirliyi və Kültür Vakfı başkanı Fatih Türkcan, “Türkmaneli” TV-nin xəbər müdiri Ali Kasapoğlu, İraq parlamentinin deputatı, şair Fövzi Əkrəm Tərzioğlu və sənətçilər də öz təbrik və salamlarını çatdırıblar.

Daha sonra kərküklü sənətçilər səhnəyə dəvət olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR