Türkiyə Sahil Mühafizəsinin komandanı: ««Bir millət iki dövlət” şüarı həmişə bizim üçün keçərli olub»

Türkiyə Sahil Mühafizəsinin komandanı: ««Bir millət iki dövlət” şüarı həmişə bizim üçün keçərli olub»
# 19 iyun 2012 13:48 (UTC +04:00)
APA-nın məlumatına görə, türkiyəli admiral Şəhidlər xiyabanında Əbədi Məşəl Kompleksinin və Türk Şəhidlərinin abidəsi önünə əklil qoyub, Türk Şəhidliyindəki xatirə dəftərini imzalayıb.

Azərbaycan səfərinin Dövlət Sərhəd Xidməti rəisinin dəvəti ilə gerçəkləşdiyini deyən S. Dülgər qeyd edib ki, Sahil Mühafizə Komandanlığı və Azərbaycanın müvafiq qurumları arasında yaxşı əlaqələr var. Keçiriləcək görüşdə əlaqələrin daha da inkişaf etdirilməsi, qarşılıqlı yardımların göstərilməsi məsələləri müzakirə ediləcək. Türkiyə nümayəndə heyəti həmçinin DSX Sahil Mühafizəsinin bazalarında olacaq.

««Bir millət iki dövlət” şüarı həmişə bizim üçün keçərli olub. Burada özümü Türkiyədəki kimi hissə edirəm. Türkiyə Sahil Mühafizə Komandanlığı və Azərbaycan Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial olduğunu dəyərləndirirəm. Görüşlərdə bu məsələ ətrafında fikir mübadilələri aparılacaq», - deyə vitse-admiral S. Dülgər vurğulayıb.

Görüşlərin yekununa dair sənədlərin imzalanması nəzərdə tutulur.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR