Azərbaycanda şirkət rəhbəri həbs edilib

Azərbaycanda şirkət rəhbəri həbs edilib
# 25 iyun 2012 14:42 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Xətai rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 37-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Əlizamin Hüseynov tutularaq istintaqa təhvil verilib.

APA-nın əldə etdiyi məlumata görə, dələduzluqda təqsirli bilinərək həbs edilən Ə. Hüseynov Bakıda fəaliyyət göstərən "İnternational Universal Marketinq Company" MMC-nin təsisçilərindən biridir. O, vətəndaşları rəhbəri olduğu şirkətdə yüksək maaşlı işə düzəltmək adı ilə aldadaraq onların külli miqdarda pulunu mənimsəyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR