ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycana səfərinin vaxtı dəqiqləşib - EKSKLÜZİV

ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycana səfərinin vaxtı dəqiqləşib - <font color=red>EKSKLÜZİV</font>
# 03 iyul 2012 09:15 (UTC +04:00)
Həmsədrlər Robert Bradtke, Jak For, İqor Popov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iyulun 10-da Bakıya gələcəklər. Bu barədə APA-nın Moskva müxbirinə rusiyalı həmsədr İqor Popov məlumat verib. Onun sözlərinə görə, bu dəfə səfər Bakıdan başlayacaq: “Daha sonra isə Dağlıq Qarabağ bölgəsinə və İrəvana səfər edəcəyik”.

İ. Popov səfər çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri, hər iki ölkənin xarici işlər nazirləri ilə görüşəcəklərini söyləyib. Görüşlərdə xarici işlər nazirlərinin Paris görüşünün nəticələri, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların mövcud durumu, konfliktin həlli perspektivləri müzakirə olunacaq.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR