ASB Bank “Extra Card”ın təqdimat mərasimini keçirib - FOTOSESSİYA

ASB Bank “Extra Card”ın təqdimat mərasimini keçirib - <font color=red>FOTOSESSİYA</font>
# 06 iyul 2012 12:58 (UTC +04:00)
Bankın Marketinq və İctimai Əlaqələr departamentindən “APA-Economics”ə verilən məlumata görə, 200-ə yaxın xidmət və ticarət obyekti sahibinin iştirak etdiyi təqdimatda “Extra Card”ın unikal xüsusiyyətləri, ölkədə nağdsız ödənişlərin stimullaşdırılmasına verəcəyi töhfələr sadalanıb, habelə yeni sistemlə əlaqədar mağaza sahiblərinə taksit və bonus sistemi haqqında geniş məlumat də verilib.

Azərbaycan Mərkəzi Bankı, Vergilər Nazirliyi, “MilliKart” Prosessinq Mərkəzi, “MasterCard”, “Cardtek Grup” şirkətlərindən “Smartsoft” və YAZ Bilgi Sistemləri şirkətinin səlahiyyətli şəxsləri “Extra Card” haqqında öz dəyərli fikirlərini bölüşüblər.

“Extra Card” ilə partnyor olan alış-veriş və xidmət məntəqələrindən satın alınan xidmət və ya malların dəyərini 12 ayadək faizsiz olaraq hissələrlə ödəmək və xərclədikcə bonus qazanmaq mümkündür.

“Extra Card” çeşidləri bonus xüsusiyyəti olan “Extra Card Maestro”, həm taksit edən, həm də bonus qazandıran - “Extra Card Standart”, “Extra Card Gold”, “Extra Card Platinum”, “Extra Card Business” kredit kartlarıdır. “Extra Card”ın ölkədə indiyə qədər analoqu olmayan xüsusiyyətləri bunlardır:
- ilk dəfə online rejimdə işləyən kartlı ödəniş sisteminin tətbiq edilməsi;
- normal bir kredit kartının bütün xüsusiyyətləri ilə yanaşı, alış-verişlərdə taksit edə bilməsi, yəni faizsiz hissə-hissə ödəməyə imkan verməsi;
- xərclədikcə bonus qazandırması, qazanılan bonusların yığıla bilməsi və ya məhdudiyyətsiz olaraq xərclənə bilməsi;
- tək bank hesabı ilə həm kart hesabının həm də bütün bank əməliyyatlarının idarə edilə bilməsi;
- filialdan bir dəfə təlimat verərək hər ay kredit kart borclarının avtomatik olaraq cari hesabdan ödənə bilməsi.

Həmçinin “Extra Card” ilə ilin 365 günü ölkə daxili və xaricində bütün bankomatlardan nağd pul almaqla yanaşı, hər növ kommunal və rabitə ödənişlərini asanlıqla həyata keçirilə bilər.

“Extra Card”ı əldə etmək üçün ən yaxın ASB Bank filiallarına və ya www.extracard.com veb saytına müraciət etmək, həmçinin şəhər telefonlarından 493-49-49 nömrəsinə zəng edərək məlumat almaq olar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR