Azərbaycan vətəndaşının daxili orqanından tiryək aşkarlanaraq götürülüb

Azərbaycan vətəndaşının daxili orqanından tiryək aşkarlanaraq götürülüb
# 26 iyul 2012 10:19 (UTC +04:00)
Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində İran dan Azərbaycana piyada gələn İran vətəndaşı Abbas Nezhad Hamıd Asghar oğlunun üzərində aparılmış yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) sellofana bükülmüş 1 ədəd bükümdə xalis çəkisi 7,056 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb. Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində digər şəxsi yoxlama zamanı da oxşar hadisə qeydə alınıb. İrandan gələn Azərbaycan vətəndaşı Elqam Xanbabayevin daxili orqanından ayrı-ayrılıqda sellofana bükülmüş 24 ədəd bükümdə ümumi xalis çəkisi 75,13 qram olan tiryək aşkar edilərək götürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR