Tiflisdə Gürcüstan Azərbaycanlıları Gənclər Təşkilatı Assambleyasının Qurultayı keçirilib - FOTO

Tiflisdə Gürcüstan Azərbaycanlıları Gənclər Təşkilatı Assambleyasının Qurultayı keçirilib - <font color=red>FOTO</font>
# 01 avqust 2012 15:44 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Gürcüstan Azərbaycanlı Tələbələr Assosiasiyasının prezidenti Samirə İsmayılova açaraq sözü Gürcüstan parlamentinin deputatı Ramin Bayramova verib. R. Bayramov qurultay münasibətilə tədbirə qatılan bütün gəncləri və Gürcüstan ali məktəblərində təhsil alan tələbələri təbrik edib: “Azərbaycanlı gənclər ali təhsil almalı, Gürcüstan cəmiyyətinə inteqrasiya olunmalı və ölkənin dövlət və hökumət strukturlarında öz yerini tutmalı, layiqincə inkişaf etməlidir.”
Sonra qurultayda iştirak edən və gənclərin rəhbərlik etdiyi 9 QHT təmsilçiləri AGTA-nın İdarə Heyətinə üzv kimi Assambleyanın sədrini və prezidentini seçiblər. AGTA-nın sədri Samirə İsmayılova və təşkilatın prezidenti İ. Cavaxişvili adına Universitetin birinci kurs tələbəsi Allahverdi Qocayev seçilib. Qurultayda Gürcüstan parlamenti sədrinin birinci müavini, “Milli Hərəkat” partiyasının baş katibi Mixail Maçavariani, Tiflis şəhər merinin müavini Andria Uruşadze, Gürcüstan İdman və Gənclərin işi üzrə Nazirliyin departament rəhbəri İrakli Meqrelişvili çıxış edərək qurultayda iştirak edən azərbaycanlı gəncləri təbrik edib, onlara uğurlar arzulayıblar.
Gürcüstan Parlamenti sədrinin birinci müavini, “Milli Hərəkat” partiyasının baş katibi Mixail Maçavariani jurnalistlərə açıqlamasında Azərbaycanlı gənclərin Gürcüstanın yeni dövlət quruculuğunda fəal iştirak etdiyini bildirib: “Milli Hərəkat” partiyası həmişə Gürcüstanda yaşayan Azərbaycan gəncliyini daim dəstəkləyəcək və onlarla yaxından əməkdaşlıq edəcək. Düşünürəm ki, Gürcüstan Azərbaycanlıları Gənclər Təşkilatı Assambleyasının yaradılması indiki zaman çərçivəsində vacibdir və biz onun fəaliyyətinə həmişə dəstək olacağıq.”
Qurultayda Gürcüstan reinteqrasiya məsələləri üzrə dövlət nazirliyinin departament rəhbəri Maya Xviçiya, həmin nazirliyin müşaviri Savalan Mirzəyev, Gürcüstan parlamentinin deputatı İsfahan Şamilov və ölkənin azərbaycanlılar yaşayan bölgələrindən gəlmiş gənclər iştirak ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR