Azərbaycanda əhalinin bank əmanətləri 27% artıb

Azərbaycanda əhalinin bank əmanətləri 27% artıb
# 16 avqust 2012 10:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyulun 1-nə Azərbaycan əhalisinin banklardakı əmanətlərinin ümumi həcmi keçən ilin müvafiq dövrünə nisbətən 26,7% artaraq 4,4 mlrd. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, milli valyuta ilə qoyulmuş əmanətlərin məbləği 2,5 mlrd. manat, xarici valyuta ilə qoyulmuş əmanətlərin məbləği isə 1,9 mlrd. manat olub. Bu da ötən ildəkindən müvafiq olaraq 47% və 5,6% çoxdur.

Qeyd edək ki, iyul ayında milli valyutanın 1 ABŞ dollarına qarşı orta məzənnəsi 0,79 manat, 1 avroya 0,97 manat, 100 Rusiya rubluna 2,42 manat, yanvar-iyul aylarında isə müvafiq olaraq 0,79, 1,01 və 2,55 manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR