Nardaranda mitinq keçirilib

Nardaranda mitinq keçirilib
# 17 avqust 2012 17:01 (UTC +04:00)
APA-nın məlumatına görə, kəndin İmam Hüseyn meydanında keçirilən mitinqi Nardaran məscidinin axundu Hacı Ataməli aparıb.

O, Qüds günü barədə danışıb, bildirib ki, İsrailin və beynəlxalq sionizmin niyyəti müsəlman dünyasını öz təsiri altında saxlamaqdır.

Nardaran Ağsaqqallar Şurasının sədri kərbalayi Natiq Kərimov iqtidarın Qarabağla bağlı siyasətini tənqid edib. O, hökumətin İsraillə əməkdaşlığını məqsədəuyğun hesab etmədiyini deyib. N. Kərimov bildirib ki, müsəlman torpaqlarının azadlığı Qüdsün azadlığından keçir.

Daha sonra aksiyada çıxış edənlər Qüds günün əhəmiyyətindən danışıblar.

Sonda qətnamə oxunub, İsrailin və Ermənistanın bayraqları yandırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR