Türkiyə suriyalı qaçqınların ölkə ərazisinə keçməsini dayandırıb

Türkiyə suriyalı qaçqınların ölkə ərazisinə keçməsini dayandırıb
# 28 avqust 2012 07:55 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Türkiyə hökuməti müvəqqəti olaraq suriyalı qaçqınların ölkə ərazisinə keçməsini dayandırıb. APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyənin rəsmi şəxslərindən biri deyib ki, sərhəddə 10 min suriyalı gözləyir və hazırda onlar üçün Türkiyə ərazisində düşərgələr hazırlanır.

Türkiyə indiyə qədər 80 min suriyalı qaçqını qəbul edib. Sərhəddə qurulan 9 çadır düşərgəsinin hamısı doludur. Türkiyə hökuməti 4 yeni düşərgə daha qurmağa hazırlaşır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR