Neft yenidən bahalaşıb

Neft yenidən bahalaşıb
# 29 avqust 2012 06:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Avqustun 28-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 0,86 dollar və ya 0,9% artaraq 1 barelə görə 96,33 dollar təşkil edib.

«APA-ECONOMICS»in məlumatına görə, avqustun 28-də ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,32 dollar və ya 0,3% artaraq 112,58 dollar olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR