Valentin Xristov: “Bolqarıstan mənə heç nə verməyib”

Valentin Xristov: “Bolqarıstan mənə heç nə verməyib”
# 29 avqust 2012 10:38 (UTC +04:00)
Bakı – APA. “Bolqarıstan mənə heç nə verməyib. Bunu siz özünüz də bilirsiz. Sadəcə, mən burada anadan olmuşam. Vəssalam! Sonra isə heç nə olmayıb”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan milli komandasının ağırlıqqaldıranı Valentin Xristov deyib.

Hazırda vətəni Bolqarıstanda istirahət edən London Olimpiadasının bürünc mükafatçısı ölkəmizə gəlməsinə bir daha aydınlıq gətirib.

KİV nümayəndələrinin qınaq obyektinə çevrilən 18 yaşlı atlet bundan sonra yalnız Azərbaycanın uğurları üçün çalışacağını və geri qayıtmağın mümkünsüzlüyünü bəyan edib: “Mənim üçün başqalarının nə dediyinin fərqi yoxdur. Özümü daha çox azərbaycanlı sayıram, nəinki bolqarıstanlı. Kimsə fikirləşə bilər ki, sabah deyərəm, “Bolqarıstan pasportumu verin, mən Azərbaycandan qayıdıram”. Lakin bu, olmayacaq. Burada mənim ailəm bədbəxt gündə yaşayırdı. Mənim haqda daha əvvəl fikirləşməli idilər”.

Qeyd edək ki, Xristov Azərbaycan idman tarixinə ağır atletika növündə Yay Olimpiya Oyunlarında ilk medalımızın sahibi kimi düşüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR