Suriyadakı vətəndaş müharibəsində hökumət qüvvələri azı 8 min nəfər itki verib

Suriyadakı vətəndaş müharibəsində hökumət qüvvələri azı 8 min nəfər itki verib
# 30 avqust 2012 15:44 (UTC +04:00)
Bakı – APA. Suriyanın mərkəzi hərbi hospitalının baş həkimi ölkədəki vətəndaş müharibəsində hökumət qüvvələrinin verdiyi itkilərin sayını açıqlayıb. APA-nın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, adının çəkilməsini istəməyən general rütbəli baş həkim ordu, polis və xüsusi xidmət orqanlarının azı 8 min əməkdaşının öldürüldüyünü bildirib: “Hər gün bizə təhlükəsizlik orqanlarının 15-20 əməkdaşının meyiti daxil olur. İlin əvvəlindən bu, daha da artıb”.

Baş həkim deyib ki, təkcə avqustun 29-da hospitalın morquna 47 əsgər və zabitin meyiti gətirilib. İyulun sonunda paytaxtda şiddətli döyüşlərin getdiyi vaxt isə morqa 3 gün ərzində hər gün 100-dən çox meyit daxil olub. O, həlak olan hərbçilərin təxminən 70 faizinin hospitala gətirildiyini, digərlərinin isə başqa xəstəxana və morqlara aparıldığını söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR